Əliağa Vahidin “Qəzəllər” adlı kitabı işıq üzü görmüşdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 18 mart 2015-ci il tarixli Sərəncamına əsasən Əliağa Vahidin “Qəzəllər” adlı kitabı çap olunmuşdur.
AzNews.info xəbər verir ki, kitabın elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, rəssam və tərtib edəni isə Fəxrəddin Əlidir.
Azərbaycanın adı dillər əzbəri olan, şeirləri milli professional xalq musiqisinin inkişafına böyük təkan verən Ə. Vahidin 120 illik yubileyi ilə əlaqədar işıq üzü görən nəfis tərtibatlı bu kitabda unudulmaz şairin qəzəlləri rəsm əsərlərinin müşayiəti ilə təqdim olunmuşdur. Şübhəsiz ki, bədii sözlə təsvirin ahəngi oxucularının həqiqi marağına səbəb olacaqdır.
“İnnovativ Tədris Mənbələri” QSC-də yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.
Mənbə:> AzNews.info