Azərbaycanlı tələbənin böyük “Uğuru” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Azərbaycanlı tələbənin böyük “Uğuru” – FOTO

Azərbaycanlı tələbənin böyük “Uğuru”


Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Doğu Akdeniz Universitetinin ictimai əlaqələr və reklamçılıq kafedrasının sonuncu kurs tələbəsi azərbaycanlı Cəfər Mənsiminin tərtib etdiyi “Uğur Kitabı” adlı yeni kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat kitab üçün xüsusi olaraq yazılmış və səhnələşdirilmiş “Uçurtmam rüzgara karşı” (Çərpələngim küləyə qarşı) adlı teatr tamaşasının nümayiş olunması ilə gerçəkləşib.

“Uğur Kitabı”nın ideya müəllifi və tərtibatçısı Cəfər Mənsimi bildirib ki, təqdim olunan kitab da, tamaşa da uğura çatmağın sirlərindən bəhs edir.

Mərasimdəki çıxışında C.Mənsimi əlavə edib ki, “Uğur Kitabı”nın 111 müəllifi var. Belə ki, kitab Azərbaycandan və ŞKTC-dən olan prezident, nazir, millət vəkili, iş adamı, professor, rektor, müəllim, aktyor, bəstəkar, müğənni, rejissor, şair, psixoloq, hüquqşünas, jurnalist, yazıçı, tarixçi, QHT nümayəndəsi, arxeoloq, PR-çı və başqalarının mövzuyla bağlı yorumlarından ibarətdir. İnsanlar uğurun nə olduğunu necə başa düşdüklərindən danışır, ona çatmağın sirrlərini paylaşırlar. Bu yolda hər kəsin özünəməxsus təcrübəsi var.

Sual-cavab şəkilində tərtib olunan kitabın məqsədi uğurla bağlı fərqli baxış bucaqlarını ortaya qoyaraq oxucuların həyatına yön vermək, özlərini tanımalarına kömək etmək, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqdır. Kitab həm də Azərbaycan və Şimali Kipr arasında bir ideya körpüsü qurmağa xidmət edəcək.

Tədbirdə çıxış edən Doğu Akdeniz Universitetinin prorektoru, professor Hasan Amca keçirilən təqdimat gecəsini yüksək qiymətləndirərək, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsi təbrik edib.

Kitabın redaktoru Arzu Soltan çıxışında kitabın əhəmiyyətindən danışıb. Zəngin tarixə və mədəniyyətə malik olan, dünya tarixinə görkəmli alimlər, sənət adamları bəxş etmiş Azərbaycanın bacarıqlı insanlarından uğurun sirrinin öyrənilməsinin doğru yol olduğunu vurğulayıb. Eləcə də, təhsilə, gənclərin inkişafına böyük əhəmiyyət verilən Şimali Kipr təcrübəsinin öyrənilməsinin də maraqlı olduğunu qeyd edib.

Təqdimatda “Uğur Kitabı”nda cavabları yer alan 111 müsahibdən biri - Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan da çıxış edib. Bu günə kimi 250-ə yaxın tamaşaya quruluş verən, təqdimat tamaşasının hazırlanmasında da əməyi olan İntiqam Soltan kitabın müəlliflərinə və oxucularına uğurlar arzulayıb.

Qeyd edək ki, “Uğur Kitabı”nın ön sözünü Şimali Kipr Türk Cümhuriyyətinin 3-cü prezidenti Dr. Derviş Eroğlu yazıb, kitab Doğu Akdeniz Üniversitetinin sponsorluğu ilə çap edilib. Təqdimat mərasimi ŞKTC İqtisadiyyat, Turizm, Mədəniyyət və İdman nazirliyinin və Doğu Akdeniz Üniversitinin dəstəyi ilə gerçəkləşib.

Kitab üçün xüsusi olaraq yazılmış tamaşanın ssenari müəllifi Mustafa Emirtaneoğludur.

Türkçə təqdim olunan kitab iştirakçılar tərəfindən maraqla qarşılanıb. Kitabı azərbaycancadan türkçəyə Rəvanə Quluzadə tərcümə edib.

Azərbaycanca “Uğur Kitabı”nın təqdimatının isə mayın 30-da Bakıda keçirilməsi planlaşdırılıb.

Cəfər Mənsimi kitabı valideynlərinə və öz həyat müəllimi hesab etdiyi Arzu Soltana həsr etdiyini bildirib.


Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”
Azərbaycanlı tələbənin böyük “Uğuru”

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *