“Hidayət” kitabı 3 dildə nəşr olunmuşdur » AzNews.info -Xəbər portalı

“Hidayət” kitabı 3 dildə nəşr olunmuşdur

“Hidayət” kitabı 3 dildə nəşr olunmuşdur


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş bu kitabın tərtibçi redaktoru Səfalı Nəzərlidir. İngilis dilinə Aida Süleymanova, rus dilinə isə Səyavuş Məmmədzadə və Vaqif Əjdəroğlu tərcümə etmişlər.

AzNews.info xəbər verir ki, görkəmli şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığının əks olunduğu bu fotoalbomda müxtəlif dəyərli fikirlər, nadir fotoşəkillər toplanmışdır. Azərbaycan, ingilis, rus dillərində hazırlanan kitab 3 bölmədən ibarətdir: “Ailə...İllər...Yollar”, “Sənət”, “Siyasət”. Oxucular bu kitabda Hidayət Orucovun yazıçı, incəsənət xadimi, Dövlət müşaviri, səfir, ailə başçısı və yaradıcı bir insan kimi parlaq və monumental simasını görə biləcəklər.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *