Hidayət Sultanov Beynəlxalq bankın baş direktoru oldu » AzNews.info -Xəbər portalı

Hidayət Sultanov Beynəlxalq bankın baş direktoru oldu

Hidayət Sultanov Beynəlxalq bankın baş direktoru oldu


Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr dəyişikliyi baş verib.

AzNews.info-nun verdiyi xəbərə görə, Hidayət Sultanov bankın baş direktoru təyin olunub.

Qeyd edək ki, H. Sultanovdan əvvəl bu vəzifəni Akif Əliyev icra edib.

Xəbəri bankın Mətbuat xidmətindən təsdiqləyiblər.

Xatırladaq ki, Hidayət Sultanov bundan əvvəl Nizami Piriyevin təsis etdiyi "AzMeCo" MMC-nin baş direktoru vəzifəsində çalışıb. H.Sultanov 1955-ci ildə Bakıda anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, əmək fəaliyyətinə 24 yaşında Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı kimi başlamış, tədricən şöbə rəisi, Dövlət Büdcə Departamentinin rəis müavini, Direktorlar Şurası sədrinin birinci müavini vəzifələrinə yüksəlmişdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *