Vasif Adıgözəlovun “Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunmuşdur » AzNews.info -Xəbər portalı

Vasif Adıgözəlovun “Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunmuşdur

Vasif Adıgözəlovun “Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunmuşdur


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Vasif Adıgözəlovun 80 illik yubeliyinin keçirilməsi haqqında” 11 fevral 2015-ci il tarixli sərəncam imzalamışdır.

AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaradıcı həyatın anları” fotoalbomu Azərbaycanın dəyərli bəstəkarı V. Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuşdur. Kitab Azərbaycan və rus dillərində çap olunmuşdur. Kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılığı haqqında məlumat sözlərlə və Y.Adıgözəlovun şəxsi arxivindən istifadə olunmuş fotolarla əks olunmuşdur.

Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt və üsluba malik, Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, öz yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərinin yüksək bədii sintezinə nail olan sənətkarlarımızdandır.

“Efendi Publishing House” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *