Vasif Talıbov sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə MR-in Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Gülüstan türbəsində bərpa işlərinin elmi əsaslarla aparılmasını təmin etmək tapşırılıb.
Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına isə bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görmələri tapşırılıb.
Mənbə:> Oxu.Az