Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır » AzNews.info -Xəbər portalı

Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır – FOTO

Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır


“Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrasına cari ilin 8 fevral tarixində başlanmışdır.

Qeyd olunan tvinninq layihəsi 2013-cü ildə Avropa Komissiyası ilə razılaşdırılmış və Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli dərkənarı ilə təsdiqlənmişdir. Daha sonrakı mərhələdə Avropa İttifaqı (Aİ) tərəfindən təşkil olunmuş müsabiqədə layihənin icrası üçün təqdim olunmuş təkliflər arasında İtaliyanın təklifi Nazirlik tərəfindən seçilmiş və müvafiq Tvinninq müqaviləsi 2015-ci ilin 27 noyabr tarixində imzalanmışdır.

AzNews.info xəbər verir ki, layihə iki il davam edəcək və Aİ tərəfindən maliyyələşdirilən büdcəsi 1,2 milyon (bir milyon iki yüz min) avro olacaqdır.

Layihə 2 əsas komponentdən ibarət olacaqdır:

- Mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar. Bura ümumi strukturun, qanunvericilik bazasının və işçi potensialının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi daxildir.

- Qeyri-maddi və maddi mədəni irsin idarə olunmasının institusional inkişafı. Bura qeyri-maddi və maddi irsin, muzeylər və kitabxanaların, eləcə də mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin müasirləşdirilməsi, bir-biri ilə sıx əlaqə şəraitində fəaliyyət imkanının yaradılması daxildir.

Cari ilin 29 fevral tarixində layihə ilə bağlı Nazirlikdə təsis olunmuş “Mədəniyyət Strategiyası və Planlaşdırma üzrə İşçi Qrupun” birinci iclası baş tutmuşdur.

İclasda qrupun rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, layihənin əhəmiyyəti və potensialı haqqında danışdı. O bildirdi ki, qarşıya qoyulan məqsədlər mədəniyyət sahəsinin inkişafı üçün çox vacibdir və proseslərin əsasında praktiki nəticələrin əldə olunmasının əsas məqsəd olduğunu qeyd etdi. Həmçinin o, qrup iştirakçılarına layihənin icrası üçün hər mərhələdə dəstəyin göstərilməsini tapşırdı.

İclas zamanı həmçinin Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Jeroen Villems çıxış edərək layihənin mədəniyyət sahəsinin idarəedilməsində ən qabaqcıl təcrübəyə yiyələnmək və effektiv əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğuladılar.

Yekunda layihənin Yerli Müşaviri Alessandro Bianki və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov təqdimat edərək layihənin təfərrüatları və iş bölgüsü haqqında danışdılar.

Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır
Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır
Mədəniyyət və Turizm Nazirliyində yeni Tvinninq layihəsi başlamışdır

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *