Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür – REPORTAJ - FOTOLAR

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Quliyevlər ailəsinin AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlamasından sonra biz də İlkinin vəziyyəti ilə yaxından tanış olmaq üçün onun evinə üz tutduq. Mehdiabad qəsəbəsində “Gənclər Şəhərciyi” adlanan yaşayış kompleksində hərbiçilər üçün tikilən binada yaşayan İlkinin yaxınları onun vəziyyətinin hər gün pisə doğru getdiyini və artıq onun bədəninin adi iynələrə belə əks-reaksiya verdiyini deyirlər.

İ.Quliyevin ailəsinin sözlərinə görə vəziyyətlə bağlı Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də İlkinin səhhəti ilə maraqlanan olmayıb. Hətta Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının 18 noyabr 2014-cü il tarixli 9 saylı protokolunda da onun təcili Ağciyər Xəstəliklər İnistituna aparılması və müalicəsini xəstəxana şəraitində davam etdirməsi qeyd olunsa da, bu protokola əməl edən yoxdur.

Keçirilən əməliyyatların hamısı isə ailənin şəxsi təşəbbüsü ilə həyata keçirilib. İlkinin əmək fəaliyyətini itirməsi, əldə olan pulun iynə-dərmana xərclənməsi Quliyevlər ailəsinin mövcud vəziyyətini daha da pisləşdirib.

Elə biz də yatılı vəziyyətdə bizi qarşılayan İlkinin çəkdiyi əzab-əziyyəti öz gözlərimizlə gördük:

“2007-ci ildə xüsusi əməliyyatda yaralandım. Gülləni çıxardandan sonra ağrılarım arada olurdu. Ancaq xəstəliyim əvvəlcədən bilinmirdi. Bir neçə ay hərbi hospitalda müalicə alsam da sonra məni evə buraxdılar. 2010-cu ildə ağır əməliyyat keçirdim. Ondan sonra xəstəliyim daha da artdı və bu günkü vəziyyətə gəlib çıxdım. Ümumilikdə 9 dəfə əməliyyat masasına yatmışam. Nəticə olaraq həkimlər sümüklərimin çürüdüyünü deyirlər. Türkiyədə əməliyyat olunsam və sümüyüm dəyişdirilsə yaşaya biləcəyimi deyirlər. Buna da gücüm çatmır. Çünki bu əməliyyatın qarşılığında məndən çox böyük məbləğ tələb edilir. Artıq maliyyə baxımından bunu qarşılaya bilmərəm. Çünki ailədə tək mən çalışırdım. Artıq evə pul da girmir. Olan–qalanımız da iynə-dərmana xərclənir”.

İlkinin sözlərinə görə Müdafiə Nazirliyindən heç kəs onun səhhəti ilə maraqlanmayıb. Hətta ona vətən yolunda qabağa getdiyini və buna görə tələblərinin yersiz olduğunu deyirlər.

“Səhhətimlə heç kəs maraqlanmayıb. Heç əhəmiyyət də vermirlər. Deyirlər vətən yolunda getmisən də qabağa”.

İlkin bizə idman həyatından da danışdı. O 6 yaşından qaydasız döyüşlə məşğul olduğunu və bu sahədə bir çox titulları olduğunu deyir. Hətta 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyəyə məğlub etdiyini də qeyd edir:

“6 yaşımdan qaydasız döyüşlə məşğul olmuşam. Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titullarım var. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibimi 8 saniyəyə nakaut etdim. Xəstəlik artıq məni idmandan da uzaqlaşdırıb. Qolumu tərpədən kimi ağrılarım başlayır. Nə bilim, bəlkə də mənim qismətim elə bu xəstə yatağında ölüb getməkmiş”.

Söhbətimiz əsnasında İlkin özünün yaralanmadan öncə hərbi hissədə çəkdirdiyi fotoları bizə göstərərək “mən belə oğlan olmuşam e qardaş” deyib doluxsunur:

“Hərbi hissədə qolumu buran yox idi. Hər gün məşq edirdim, özümü formada saxlayırdım. İndi o günlər mənim üçün ancaq xəyal olub”.

İlkin artıq 8 ildir ki, aldığı güllə yarası ilə yavaş-yavaş çürüməyə başlayır. Heç kəsdən yardım almadan özü öz dərdinə çarə axtarır. Heç kim isə onun səsinə səs vermir.

Ozal İbrahimli

AZXEBER.COM
Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *