Qəbirlərlə bağlı yenilik – VİDEO
Ömür qatarının son dayanacağı olan qəbiristanlıqlar getdikcə şəhərin içərisinə doğru irəliləyir. Artıq bu məzarlıqların köçürülməsi və yerinin dəyişdirilməsi məsələsi də zamanın tələbinə çevrilir.
ANS TV-nin məlumatına görə, bunun qarşının alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tətbiq olunacaq sistemdə qəbiristanlıqlarla bağli bütün məsələlər öz əskini tapacaq. Qurumun sədri Mübariz Qurbanli deyirki qəbirlər bir-birindən fərqlənməməlidir. Onların ölçüləri, hündürlükləri və eni də eyni olmalıdır. Bütün bunlar dinə uyğun tərzdə tamalanmalıdır. Elə qəbirlər varki onlar xüsusi təmtəraqla bəzədilirki buna da dinimiz yol vermir.
Onun sözlərinə görə, bir məzarın uzunluğu 2 metr olmalıdır, hündülüyü isə 0,5 metrdən çox olmalı deyil. Sədr qəbirlərin bəzədilməsinində də yavaş-yavaş aradan qalxdığını deyir.
Elə din xadimləri də hazırlanan bu qanun layihəsinin qəbul olunmasını müsbət amil kimi qiymətləndirirlər. Onların da fikrincə qəbirlər itməlidir. Əgər hər hansı bir zərurət yaranarsa qəbirlər o zaman köçürülə bilər. Həmçinin iri dəbdəbəli məzarların da yaradılmasının dinə zidd olduğunu deyirlər.
Din xadimi Hacı Fuad bildiri ki, qəbirlərin ləğv olunması mümkün deyil. Qəbir ancaq itə bilər. Qəbirlərin üzərində iri günbəz tikilməsinin qadağa olduğunu deyən Hacı Fuad sadə bir qəbir olmalıdır ki ölənin yaxınları onu ancaq ziyarət etsinlər deyə vurğuladı.
Hazırlanan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Əgər bu təklif qəbul olunarsa o zaman məsələ daha təkmil xarakter alcaq. Böyük ehtimalla bundan sonra məzarlıqlarda heykəllər, böyük daşlar qoymaq tədricən aradan qalxacaq.
Mənbə:> ANSPRESS