“Söz” layihəsinin növbəti tədbiri keçirilib » AzNews.info -Xəbər portalı

“Söz” layihəsinin növbəti tədbiri keçirilib – FOTO

“Söz” layihəsinin növbəti tədbiri keçirilib


Fevralın 27-də Caz Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş təşkil edilib. Bu dəfə layihənin qonağı yazıçı Günel Anarqızı olub. AzNews.info xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyat, incəsənət xadimləri, ədəbiyyatsevərlər iştirak ediblər.

Ədəbi-musiqili axşamda Günel Anarqızının əsərləri Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, Sezen Məmmədli və başqaları tərəfindən səsləndirilib. Tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın ifaları tədbiri müşayiət edib.

Qeyd edək ki, bu, Söz" layihəsinin sayca altıncı tədbiri idi. Layihə Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığının ölkə daxilində və beynəlxalq ədəbi mühitdə təbliği, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılması məqsədi daşıyır.

Layihənin rəhbəri Nigar Həsənzadədir.

“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib
“Söz” layihəsinin növbəti tədbiri keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *