Bakıda “Azəriqaz”ın işçisini döydülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda “Azəriqaz”ın işçisini döydülər

Bakıda “Azəriqaz”ın işçisini döydülər

Abonentlər narazılığını bildiriblər.
Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib.

AzNews.info musavat.com-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Qaz idarəsinin əməkdaşı Ramil Məmmədov qaz tənzimləyicisini təmir edərkən abonentlərə təbii qaz verilməsində fasilələr yaranıb, qazın təzyiqində fərqlər əmələ gəlib.

Bu vaxt abonentlərdən biri Ramil Məmmədova yaxınlaşıb, onların arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşı əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Səs-küyə daha bir neçə abonent hadisə yerinə toplaşıb. Onlar da qonşularına dəstək veriblər və qaz idarəsinin işçisinin döyülməsi prosesinə qoşulublar.

Hadisə nəticəsində Ramil Məmmədov çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Əməliyyatçılar xəstəxanada “Azəriqaz”ın yaralı işçisinin ifadəsini alıblar. Onu döyənlər axtarılır. Ramil Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *