Polis bölməsində özünü bıçaqladı
Şirvan Şəhər Polis Şöbəsində intihara cəhd olub.
AzNews.info qafqazinfo-ya istinadən bildirir ki, hadisə dünən baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Pərviz Əziz oğlu Muradov polis bölməsində özünü bıçaqlayıb.
O, qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dünən axşam Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Hazırda məhkum polis müşayiəti altındadır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Qafqazinfo.az