Əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır
Аzərbаycаndа mövcud dеmоqrаfik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, əhalinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9705,6 min nəfər olub.
Məlumata görə, 2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və əhalinin ümumi artımının 1 faizini təşkil edib.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
Mənbə:> Oxu.Az