Azərbaycanda əhalinin sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ

Azərbaycanda əhalinin sayı açıqlandı


Azərbaycanın Dövlət Statistika Komitəsi 11 iyul – Ümumdünya əhali günü ilə əlaqədar Azərbaycan əhalisinin sayını açıqlayıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 43,3 min nəfər və ya 0,5% artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9 milyon 636,3 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir.

Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *