Nigar Köçərli Usubovla görüşdü
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə şəxsi Facebook hesabında yazan N. Köçərli Rüstəm Usubovun onu baş prokuror Zakir Qaralovun tapşrığı ilə qəbul etdiyini bildirib.
“Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə Atamın və öz adımdan minnətdaram”, - deyə, N. Köçərli yazıb.
R. Usubov onun şikayətini baş prokurora çatdıracağını deyib.
Mənbə:> Oxu.Az