Rüstəm İbrahimbəyov təcili ABŞ-a getdi
Kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov təcili ABŞ-a gedib.
Aznews.az-a daxil olan məlumata görə, buna səbəb İbrahimbəyovun səhhətinin birdən-birə ağırlaşması olub.
Rejissor sayta açıqlamasında ABŞ-a getdiyini təsdiqləyib. Bildirib ki, hazırda özünü nisbətən yaxşı hiss edir: “Şükürlər olsun ki, səhhətim yaxşıdır. Amerikadayam, müalicəmi burada davam etdirirəm”.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyini və bu üzdən də Azərbaycana gələ bilmədiyini deyib.
Mənbə:> AzNews.az