"Simurq"dan iflas açıqlaması » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Futbol

"Simurq"dan iflas açıqlaması

"Simurq"dan iflas açıqlaması


"Mart ayında Beynəlxalq Bankın İdarə Heyətində dəyişiklikdən sonra "Simurq" klubuna maliyyə dayanıb. Bildiyiniz kimi klubumuz sosial layihə kimi bu bankdan maliyyələşirdi".

Bunu ANS PRESS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun mətbuat xidmətinin Rüstəm Allahverdiyev deyib.

O bildirib ki, Beynəlxalq Bankın sədri dəyişdikdən sonra klubumuza vəsait ayrılmadı. Sponsorların demək olar ki, hamısı pul ödənişi etməkdən imtina edib:

"Bizə ayrılan pul ödənişi dayandığı üçün maliyyə çətinliyi yaranıb. Bu, klubun iflası demək deyil, çünki vəsaitlər qayda-qanun çərçivəsində xərclənib. Sadəcə olaraq kluba maliyyə ödənişi kəsilib. Güman edirik ki, yaxın günlərdə klubumuzla bağlı müsbət qərar qəbul ediləcək. Bizə deyilib ki, "Simurq"un talehi müsbət mənada həll olunacaq", - deyə Rüstəm Allahverdiyev söyləyib.

Qeyd edək ki, mətbuatda "Simurq" klubunun dağılacağı ilə bağlı məlumatlar yayılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *