ABŞ idmançıları Rio olimpiadasından imtina edirlər
ABŞ idmançıları Braziliyada yayılan “Zika” virusuna görə Rio-de-Janeyroda keçiriləcək 2016-cı ilin Yay Olimpiya Oyunlarında iştirak etməyə bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ Milli Olimpiya Komitəsi ölkəni idman federasiyalarına müraciətində, idmançıların “Zika” virusunun yayılmasına görə, özlərini müdafiəsiz hiss etdikləri təqdirdə, Braziliyadakı oyunlara getməyə biləcəklərini bəyan edib.
“Denge” və “çikunqunya” xəstəliklərində olduğu kimi “Zika” virusunu da yayan “Aedes Aegypti” ağcaqanadlarıdır. Hazırda Braziliyanın 27 regionundan 22-də virusun yayıldığı təsdiqlənib.
“Olimpiya Oyunları-2016” Rio-de-Janeyroda avqust ayının 5-dən 21-nə qədər keçiriləcək.
Mənbə:> Oxu.Az