Bakıda faciə: Külək fəhləni binadan atdı
Bakıda tikintidə faciə baş verib.
AzNews.info xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb.
Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.
İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Mənbə:> APA