Bakıda gənc oğlan həyatına qəsd etdi
Bakıda intihar hadisəsi baş verib.
AzNews.info xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> APA