Azərbaycandan qayıdan ailə Ermənistanda həbs olundu
Virtualaz.org saytı Ermənistanın news.am portalına istinadən xəbər verir ki, bu barədə Məhkəmə Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məhkəmənin hökmü ilə ailə başçısı Yegişe Gevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi 1 il sınaq müddətinə şərti azadlığa buraxılıb.
Xatırladaq ki, Ermənistan vətəndaşları Yegişe və Ruzanna, övladları Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin 10 yanvar tarixində könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü il dekabrın 12-də isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana geri qaytarılıb.
Mənbə:> Virtualaz.org