Bakıdan qayıdan erməni ailəsi intiharla hədələyir
Ər-arvad Yegişe Gevorkyan və Ruzanna Mardaryan İrəvandakı Movses Xorenasi küçəsində 25 saylı binanın damına çıxaraq oradan özlərini atıb öldürəcəkləri ilə hədələyirlər.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı bu dəqiqələrdə erməni KİV-ləri yayıb.
Yerli mətbuat Ermənistanın Ərazi İdarəetməsi və Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ərlə arvad 11 mərtəbəli binanın damına çıxaraq hakimiyyət orqanlarını intiharla hədələyir.
Xilasedicilər hazırda hadisə yerindədir. Onlar ər-arvadı intihar fikrindən daşındırmağa çalışır.
Yada salaq ki, Gevorkyan ailəsi 2010-cu il, yanvarın 10-da Ermənistan_Azərbaycan sərhədini aşaraq Naxçıvan tərəfdən Azərbaycana qaçmışdı. Ailənin başçısı, 52 yaşlı Yegişe Gevorkyan Azərbaycana arvadı Ruzanna və üç uşağı ilə gəlmişdi. Ailə 2014-cü il, dekabrın 12-də öz istəyi ilə Ermənistana qaytarılıb.
Mənbə:> Virtualaz.org