Sumqayıtda avtobusun altında qalan qız sağ qalıb – VİDEO (ŞAD XƏBƏR)
Həkimlərin təcili tibbi müdaxiləsi nəticəsində 15 yaşlı Səbilə Babayevanın həyatını xilas etmək mümkün olub.
Dünən Sumqayıt şəhəri, Babək prospektində - "Hiper" marketin yaxınlığında avtobusun vuraraq üzərindən keçdiyi qız möcüzə nəticəsndə sağ qalıb. AzNews.info xeberle.com-a istinadən məlumat verir ki, 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Xəstə hazırda da həmin tibb müəssisəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə, qızın vəziyyəti normaldır.
Xatıırladaq ki, hadisə dünən günorta saat 11 radələrində baş verib. Qəza marketin çöl kameralarına düşüb. Belə ki, anası ilə yolu keçmək istəyən qız qəfil qaçaraq yolun o biri tərəfinə keçmək istəyib, lakin o, böyük ehtiyatsızlıq edərək yalnız yolun soluna baxıb və yüksək sürətlə yaxınlaşan nəqliyyat vasitələrini görməyib. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçib.
Mənbə:> Xeberle.com