Brüsselin hər beşinci sakini mömin müsəlmandır
Cümə günü Belçikanın “Le Soir” qəzeti Brüsseldə və ölkənin cənubunda Frankoffon regionu Valloniyada əhalinin konfessial bölünməsinə görə statistik məlumat yayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, aparılan sosioloji araşdırmaya görə, Belçika paytaxtının müsəman sakinlərinin 19%-i bütün dini ayinlərə riayət edən mömin, 4%-i isə dini ayinlərə riayət etməyən müsəlmanlar olduqlarını bildiriblər.
Belçikalıların dörddə üçü öz dini etiqadlarını bəyan edirlər. Vallonların 21%-i, Brüsseldə isə yalnız 12% katolikdir.
Paytaxtda dini etiqadı olmayanların və ya dinə laqeyid olanlar əhalinin 30%-ni təşkil edir.
Araşdırmada iştirak edən nəşr, ümumilikdə dini hisslər daha çox qadınlara, yaşlı insanlara xas olduğunu yazıb.
Mənbə:> Oxu.Az