Uşağı Ermənistandan keçirərək Azərbaycana gətirmək istədi
Dünən 33 yaşlı azərbaycanlı iki yoldaşı ilə birlikdə 27 yaşlı arvadını Böyük prospekt V.O. 64 ünvanında yerləşən evindən oğurlayıb, Oxu.Az Rosbalt-a istinadən xəbər verir.
Oğurlanmış qadının anasının sözlərinə görə, Volxova şəhərində qafqazlı təxminən iki həftə əvvəl arvadını döyərək uşağını əlindən alıb. O, 9 yaşlı oğlanı Ermənistandan keçirərək Azərbaycana gətirmək niyyətində idi.
Döyüldükdən sonra gənc qadın Böyük prospekt V.O. ünvanında tanışının evində yaşayıb, uşağı isə ərinin bacısı ilə birlikdə Volxovada gizlədib.
Mənbə:> Oxu.Az