Ər ondan icazəsiz bacısigilə gedən 25 yaşlı arvadını yandırdı
Pakistanlı kişi ondan icazəsiz gəzməyə gedən arvadını yandırıb.
ANS PRESS-in məlumatına görə, Pakistanda baş verən dəhşətli hadisəni törədən Мəhəmməd Siddik artıq həbs edilib. Onun atası ilə birlikdə həyat yoldaşını yandırdığı iddia edilir.
25 yaşlı Bibi Şaban ərinə bildirmədən bacısıgilə qonaq getdiyi üçün öldürülüb.
Siddik 25 yaşlı həyat yoldaşı Bibini dəfələrlə döyüb. Gənc qadın ondan icazəsiz qonaq getdikdə isə üstünə benzin tökərək yandırıb. Qadın yanaraq ölüb.
Hazırda Bibinin əri və qaynatasına qarşı ölüm və terrorizm cinayət işi başlanılıb.
Mənbə:> ANSPRESS