Bakıda 54 dilənçi saxlanıldı
Polis Bakıda avara və dilənçilik həyat tərzi keçirən 54 nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, onlar Binəqədi, Nəsimi və Səbail rayonları ərazilərində dilənçiliklə məşğul olurmuşlar.
Saxlanılanlar barəsində inzibati protokol tərtib edilib.
Mənbə:> Oxu.Az