Bakıda 90 nəfərdən çox avara və dilənçi saxlanıldı
Bakıda avara və dilənçilər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis paytaxtın 3 rayonunda reyd keçirib. Nəticədə Binəqədi, Nəsimi və Yasamal rayonları ərazisində avaralıq və dilənçiliklə məşğul olan 93 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Onlar barəsində müvafiq tədbir görülüb.
Mənbə:> Trend