Bakıda dilənçilərə qarşı daha bir əməliyyat
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 7-də Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 8-də isə Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılanlar barəsində müvafiq tədbir görülüb.
Mənbə:> Oxu.Az