“Bu stil mənim”də qalmaqal: Məcburən deyilirdi ki, dalaşın » AzNews.info -Xəbər portalı

“Bu stil mənim”də qalmaqal: Məcburən deyilirdi ki, dalaşın – VİDEO

“Bu stil mənim”də qalmaqal: Məcburən deyilirdi ki, dalaşın


ATV-də yayımlanan “Bu stil mənim” verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı təhqir edib, onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb və onu uşaq kimi danlayıb:

“Bundan sonra belə şeylər qulağımıza çatmasın. Biz səni dəstəkləyirik, amma bu o demək deyil ki, o birilərin başına çıxasan”.

Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib.

AzNews.info xəbər verir ki, musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb.

İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib:

“Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm”.

- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir?

- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi.

- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız?

- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam.

- Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız?

- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcək. Ondan sonra proqramda olmayacağam.

- Layihədə iştirakınıza görə, sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz.

- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz.

- Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdi?

- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır.

- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı?

- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.

- Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz?

- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik.

- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz...

- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim.


Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *