ABŞ-da qar çovğunu: 17 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya, Foto

ABŞ-da qar çovğunu: 17 ölü – FOTO

ABŞ-da qar çovğunu: 17 ölü


ABŞ-ın şərqində tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın şərqində minlərlə təyyarə reysi təxirə salınıb, 200 mindən çox sakin işıqsız və istiliksiz qalıb, yollarda ölüm hallarının əksəriyyətinə səbəb olmuş yüzlərlə qəza baş verib.

Virciniya yollarında sutka ərzində 989 yol nəqliyyat hadisəsi qeydə alınıb, polis və xilasedicilər 793 nəqliyyat vasitələrinin sürücülərinə yardım göstərməli olub.

Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar çovğunu səbəbindən avtomobillərin şəhərdə hərəkətinə qadağa qoyub.

Bu barədə qubernator “Tvitter” səhifəsində bildirib.

“Birinci növbədə insanların təhlükəsizliyidir. Avtomobillərin hərəkətinə qadağa 14.30-dan (Bakı vaxtı ilə 23.30-dan) tətbiq edilməyə başlayacaq”, deyə məlumatda bildirilir.

ABŞ-da qar çovğunu: 17 ölü
ABŞ-da qar çovğunu: 17 ölü
ABŞ-da qar çovğunu: 17 ölü
ABŞ-da qar çovğunu: 17 ölü

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *