2015-ci il Yer kürəsində ən isti il olub
2015-ci il Yer kürəsində ən isti il olub.
Oxu.Az dünya KİV-nə istinadən xəbər verir ki , ötən il Yer kürəsində temperatur 2014-cü ildəki göstəricini 0,16 dərəcə üstələyib.
ABŞ mütəxəssisləri bunu əsasən parnik qazları tullantılarının artması ilə əlaqələndirirlər.
“2015-ci il Yer kürəsində uzunmüddətli istiləşmə tendensiyasını davam etdirib”, NASA-nın kosmik araşdırmalar üzrə Qoddard İnstitutundan bildirilib.
Mənbə:> Oxu.Az