Yer kürəsinə doğru səkkiz “tunquss meteoriti” uçur
Oktyabrın 31-də - şənbə günü axşam planet bir neçə saat ərzində “İkinci Aya” – asteroid TV145-ə sahib olacaq. Yer planetinin sakinləri üçün heç bir kataklizma təhlükəsi yoxdur.
Oxu.Az xəbər verir ki, bunu tass.ru-ya Rusiya alimləri təsdiqləyiblər.
NASA-nın məlumatına əsasən, TV145 asteroidi yer planetindən təxminən 499 min km uzaqlıqda uçaraq keçəcək. Bu, təbii peyk – Ayın orbitindən uzaqdır. Orbitin parametrləri gələn həftə korrektə edilə bilər. Rusiya astronomları daha öncə bunu təxminən 485 min metr olaraq göstərmişdilər.
“Həvəskar-astronomlar asteroidi müşahidə edərkən səmada heç bir işıqlanma və kometa “quyruğu” görməyəcəklər. Səmada o ağ rəngli ulduz kimi görünəcək”, - TASS-a fizika-riyaziyyat elmləri namizədi, REA Astronomiya İnstitutunun kosmik təhlükələr üzrə ekspert işçi qrupunun katibi Sergey Naroyenkov bildirib.
Alimin sözlərinə görə, ulduzdan fərqli olaraq asteroid səmada yetərincə sürətli hərəkət edəcək. Ulduzlar içində məhz bununla seçiləcək. Asteroidin hərəkəti 10-20 dəqiqə müşahidədən sonra gözə çarpacaq.
Sergey Naroyenkovun sözlərinə görə, asteroidin yaxınlaşması yer kürəsində heç bir anomaliyaya səbəb olmayacaq. Əksinə, bizim planet qravitasiya sahəsi ilə asteroidin uçuş traektoriyasına təhlükə yarada bilər.
İlkin məlumata əsasən, asteroidin diametri 280 metrdən 600 metrə qədərdir.
O, qeyd edib ki, optimal müşahidə zamanı 31 oktyabr axşam və 1 noyabr bütün gecədir. Payızın son ayının ilk günündən etibarən kosmik qonaq planetimizdən uzaqlaşmağa başlayacaq.
REA Astronomiya İnstitutunun kosmik təhlükələr üzrə eksperti qeyd edib ki, hələlik asteroidin, Ural şəhəri üzərində yüksəklikdə atmosferdə partlayan Çelyabinsk meteoriti kimi meteor yağışına səbəb olacağını əminliklə deyə bilmərik.
Mənbə:> Oxu.Az