İki illik ABŞ büdcəsi havada uçdu
İyulun 19-u yer kürəsinə maksimal yaxın məsafədə “2011 UW-158” adlı asteroid keçib.
ANS PRESS-in məlumatına görə, səma cisminin nüvəsində 100 milyon tona yaxın platin və digər qiymətli minerallar var. Ümumilikdə asteroid 5,4 trilyon dollar qiymətində dəyərləndirilib. Diametri 600 metr olan asteroid Yer kürəsindən 2,4 milyon kilometr məsafədə keçib. Bu Yerlə Ayın arasındakı məsafədən təxminən 6 dəfə çoxdur.
Qeyri-adi asteroidin ilk ətraflı şəkilləri bir neçə həftə əvvəl Puerto-Rikoda rəsədxanaların birində alimlər tərəfindən qeydə alınmışdı.. Hətta bir neçə dağ-mədən şirkətləri bildirb ki, gələcəkdə bu asteroidin üzərindəki qiymətli metalların hasilatını aparılacaq.
Mənbə:> ANSPRESS