Günəş sistemində gizli planet aşkarlandı: Yerdən 10 dəfə böyükdür
Kaliforniya Texnologiya İnstitutunun astronomları Maykl Braun və Konstantin Batıqin Günəş sistemində 9-cu planetin olduğunu bəyan ediblər – onun çəkisi təxminən Neptunla eynidir.
Oxu.Az xəbər verir ki, alimlər araşdırmalarının nəticələrini The Astronomical Journal-da yayıblar.
Hesablamalar göstərib ki, planet Günəşin ətrafında Neptunun 20 orbiti qədər məsafədə fırlanır, onun çəkisi Yerdən 10 dəfə çoxdur.
Günəşdən bu qədər uzaq olduğu üçün planeti görmək olmur və o, Günəş ətrafında 10-20 min ilə tam dövr edir.
Mənbə:> Oxu.Az