Alimlər: Yer kürəsi buzlaşma təhlükəsi ilə üz-üzə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

Alimlər: Yer kürəsi buzlaşma təhlükəsi ilə üz-üzə

Alimlər: Yer kürəsi buzlaşma təhlükəsi ilə üz-üzə


Mütəxəssislər Yer kürəsində növbəti dəfə "buz dövrü"nün yaşana biləcəyi haqqında xəbərdarlıq ediblər.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, Günəşin aktivliyini izləyən astronomlar 2030-cu ildə planetimizdə güclü soyuqlaşmanın başlayacağını ehtimal edirlər. Onların fikrincə, bu dövr 2040-cı ilə qədər davam edəcək.

Professor Valentina Jarkova apardığı araşdırmaların nəticələrini paylaşarkən bildirib ki, 2030-2040-cı illər arasında 26-cı Günəş dövrü olacaq. Bu dövrdə mövcud olan iki dalğanın bir-birinə qarşılıqlı təsiri nəticəsində Günəşin aktivliyi sıfra enəcək. Nəticədə bəşəriyyət son 300 ildə qarşılaşmadığı şiddətli şaxtalarla üz-üzə qalacaq. Professor Valentina Jarkova hesablamaların 97 faiz dəqiqliklə aparıldığını qeyd edib.

"Maunder minimumu" adlandırılan həmin soyuqlaşma hadisəsi sonuncu dəfə 1645-ci ildə baş vermişdi. 1715-ci ilə qədər davam edən şaxtalar nəricəsində İngiltərədəki Temza çayı da donmuşdu. Astronom Edvard Maunderin hesablamalarına görə, həmin dövrdə Günəşdə 40-50 min əvəzinə, cəmi 50 ləkə müşahidə edilmişdi. Yaranan ləkələrin əksəriyyəti isə Günəşin cənub yarımkürəsində əmələ gəlirdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *