Bu gün oruclular üçün ən çətin gündür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu gün oruclular üçün ən çətin gündür

Bu gün oruclular üçün ən çətin gündür


21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilərək, 90 gündən sonra yəni 22 iyunda günəş şüaları 23,5 dərəcə şimal eni üzərində zenitdə olur. Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış başlanır. Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr və kölgələr qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Şimal qütb dairəsindən şimal qütbünə qədər bütün sutka günəş görünür. Burada qütb gündüzləri başlayır. Bu vaxt cənub qütb dairəsi ilə cənub qütbü arasında günəş bütün sutka görünmür. Burada qütb gecəsi olur. Çünki, cənub qütbü günəşin əksinə tərəf çevrilmiş olur. Astroloqların sözlərinə görə, yer kürəsi öz oxu ətrafında fırlanır və bürclərdən keçə - keçə tam dövrü bir il çəkir.

Bu gün həm də Ramazan ayının 5-ci gününə təsadüf edir. Oruc tutan insanların həmin gün bu ibadətin vaxtı da uzanır. İlahiyyatçıların deiyinə görə, əgər insan Allahın əmrlərini icra edən zaman bu yolda çətinliklə üzləşirsə onun ibadətinin savabı da bir o qədər artıq olar. İlahiyyatçı əlavə etdi ki, bu günün uzunluğu insanların dözümlülüyünün yüksək olmağını bir daha sınaqdan keçirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *