Ramazan ayının ilk gününə olan hava proqnozu
İyunun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-24, gündüz 28-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Mənbə:> Oxu.Az