Bakı Əyləncə Mərkəzində keçirilən toyda qadın öldü
Bakı Əyləncə Mərkəzində (BƏM) ölüm hadisəsi baş verib.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, BƏM-də keçirilən toy məclisinin iştirakçısı olan 50 yaşlı Gülzar Kərimovanın rəqs edərkən qəflətən halı pisləşib.
Həkimlər BƏM-ə gələnədək o, infarkt keçirib və ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report.az