“Caspian Plaza”da adam öldü
Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.
AzNews.info xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA