DİN-in cərimə sistemi çökdü – FOTO
Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.
AzNews.info Avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılıb:
“Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz” (http://mia.gov.az/?/az/driverlicense/).
Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün olmayıb:
“Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir”.
Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləməyib:
“Xəta 1100: Xəta baş verdi”.
Qeyd edək ki, hazırda sistemlərin fəaliyyəti bərpa olunub.
Mənbə:> Avtosfer.az