Sürücü ilə gizlənqaç oynayan polislər – VİDEO
ATV kanalı yol polisinin fəaliyyəti ilə bağlı sərt material təqdim edib.
AzNews.info həmin materialı olduğu kimi təqdim edir:
Sürücü etiraz edib kömək istəsə də, yol polisi onun dediyini dinləmir. Ümumiyyətlə, Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı saxladığı avtomobili özü sürərək cərimə meydançasına aparır. Hətta bəzi hallarda sürücü də avtomobildən düşürlür.
Bəs, qanun buna icazə verirmi?
“Yol-patrul xidməti haqda” təlimatda açıq-aşkar qeyd olunur ki, sürücü icazə verməsə yol polisi əməkdaşı sükan arxasına əyləşə bilməz. Yalnız maşın evakuatorla müvəqqəti duracağa aparıla bilər.
Mənbə:> Oxu.Az