Yasamalda sürücü polisi bıçaqla hədələyib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yasamalda sürücü polisi bıçaqla hədələyib

Yasamalda sürücü polisi bıçaqla hədələyib


Keçmiş məhbus yol polislərini bıçaqlamaq istəyib.

AzNews.info musavat.com-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Qaydaları pozduğu üçün saxlanılan sürücü yol polislərini bıçaqlamaqla hədələyib.

Ş.Qurbanov küçəsində xidmətdə olan DYP müfəttişləri Anar Alməmmədov və Ceyhun Bayramlı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücünü saxlayıblar.

Avtomobil sürücüsünün polislərə cavabı sərt olub. O, maşından düşərək, hər iki polis əməkdaşını vuracağı ilə hədələyib. Ətrafda olan vətəndaşlar da sürücünü sakitləşdirməyə çalışıblar.

Hadisə yerinə Post-Patrul Xidmətinin əməkdaşları da gəliblər. “Lada Priora” markalı avtomobilin sürücüsü Rasim Abbasov saxlanılıb.

Məlum olub ki, Zaqatala sakini olan R.Abbasov əvvəllər məhkum olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *