ANS ÇM-in baş redaktoru polisə verildi
ANS ÇM-in baş redaktoru Sona Rəsulova polisə verildi. Şikayətçi ANS TV-nin keçmiş əməkdaşıdır.
Publika.az xəbər verir ki, Sona Rəsulova və ANS TV-nin keçmiş aparıcısı Aysel Zahidqızı arasında sosial şəbəkədə mübahisə düşüb. Mübahisə zamanı Rəsulova Zahidqızını xanıma yaraşmayan ifadələrlə təhqir edib. Mübahisə hüquq mühafizə orqanlarının işə qarışması ilə nəticələnib. Aysel Zahidqızı qarşı tərəfin üzr istəməsini tələb edir:
“Onun mənə dediklərini adam küçədə eşitsə, utanar. Mən elə tərbiyə almamışam ki, sosial şəbəkədə kiminsə ünvanına təhqir yazım. O, məni təhqir edəndə də susdum. Düşündüm ki, mənim yazdıqlarımı çox adam oxuya bilər. Ayıbdır. Məcbur olub polisə müraciət etdim. Ancaq bir həftədən çoxdur polis onu izahat üçün çağırsa da, idarəyə gəlmir”.
Mənbə:> Publika.az