“O adam heç mənim toyuma da gəlməsin”
Gecce.az xəbər verir ki, Elvinin Aysel barədə bildirdiyi fikirlər onu dəliyə döndərib. Vəziyyət o hala çatıb ki, Aysel həmkarını heç xeyir işində belə görmək istəmədiyini söyləyib.
“Ayselin bu yarışmada nə işi var?” deməsi mənə gülünc gəlir. Əslində biz eyni proyektin yetirmələriyik. Səsimiz olmasaydı bizi o proyektə seçməzdilər. Mən Milli Konservatoriyanın tələbəsi olmuşam. Səsim olmasaydı nə ora daxil ola, nə də bitirə bilərdim. Əgər sənətdə rəqib gördüyüm biri bu sözləri desəydi, məni yandırmazdı. Heç başa düşmürəm Elvin özünü nə hesab edir? İndiki zəmanədə hamıdan hərşey gözləmək olar. “
Aysel deyir ki, əgər Elvin bu addımına don geyindirməsəydi. söhbətin üstündən ötəri keçə bilərdi. Özünə hörmət qoyulmasını tələb edən Aysel həmkarını zəif adlandırmaqdan belə çəkinməyib.
“Sonda o etiraf etdi ki, bu proyektə görə belə danışıb. Mən bir xanım kimi bir yarışmaya görə rola girməzdim. Bir proyektə görə rola giribsə, deməli çox qorxulu adamdır. Ondan qorxmaq lazımdır. Demək ki, efirə görə çox şeylərə gedə bilər.
Demişəm Elvin zəifdir. Hələ də sözümün arxasındayam. Onun toyunda olmuşam, salam-sağolumuz olub. Mənim barəmdə bu cür düşünən adam heç mənim toyuma da gəlməsin. Mən özümə hörmət qoyan xanımam.”
Mənbə:> Gecce.Az