Bu il Körfəz müharibəsi başlaya bilər
Publika.az xəbər verir ki, ötən həftə ABŞ-ın hərbi və ticarət gəmiləri Hörmüz boğazında ikən İran raket sınağı keçirib.
ABŞ-ın məsələ ilə bağlı mövqeyi sərt olub. Baş Qərargahın sözçüsü Kule Raines bildirib ki, İran çoxlu sayda hədəfsiz raket atıb.
“The National” yazır ki, bu hadisə iki ölkə arasında gərginlik yarada bilər. Çünki Hörmüz boğazı İŞİD-in Suriyadakı qüvvələrinə qarşı əməliyyatlar keçirmək üçün vacib nöqtədir. Vaxtilə İran Bəsrə körfəzinin girişindəki bu boğazı bağlamaqla təhdid etmişdi. Lakin daha sonra nüvə proqramı ilə bağlı razılaşmalar bu məsələləri arxa plana keçirdi.
Nəşr qeyd edir ki, faktiki olaraq Hörmüz boğazında vəziyyət gərginləşir və bu, növbəti Körfəz müharibəsinə səbəb ola bilər.
Mənbə:> Axar.az