“Səs Azərbaycan”ın iştirakçısının açıq-saçıq klipi yenidən gündəmdə – VİDEO
“Səs Azərbaycan”nın iştirakçısı Səmra Rəhimlinin yayda təqdim etdiyi klipi yenidən müzakirə mövzusuna çevrilib.
Oxu.Az xəbər verir ki, “O, sevir” adlı mahnıya çəkilən açıq-saçıq klip sosial şəbəkə istifadəçiləri tərəfindən növbəti dəfə tənqid olunub.
Müğənni “Səs Azərbaycan”a qatılandan sonra isə klipi rəsmi Youtube səhifəsindən silib.
Hazırda yarışmada Manananın komandasında yer alan Səmra iyulda Oxu.Az-a verdiyi müsahibəsində bunları demişdi:
““O, sevir” klipi dinləyicilərin və tamaşaçıların xoşuna gələcək. Biz çox çalışdıq və ümid edirəm ki, mahnı və klip mənə uğur gətirəcək. Çəkiliş prosesində və ümumiyyətlə yaradıcılıq işlərində mənə yardım edən anama xüsusi təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, ekran işinin rejissoru Hüseyn Qəribovdur. Mahnının musiqisi və sözləri MC Murada məxsusdur.
Mənbə:> Oxu.Az