Nigar Camalın Xocalı klipi
Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımı ilə əlaqədar keçirilən “Empathy2015” tədbirində bütün dünyaya səslənildi.
ANS PRESS-in məlumatına görə, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanların iştirak etdiyi tədbirdə Xocalı soyqırımına həsr olunmuş slaydın təqdimatı oldu.
“Broken Dreams” (Məhv edilmiş arzular) adlı mahnının ifaçısı azərbaycanlı müğənni Nigar Camaldır. Slayd bu gün dünyanın əksər ölkələrində nümayiş etdiriləcəyinə görə mahnı ingilis dilindədir.
İNDEX qurumunun sifarişi ilə 4 ölkədən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə hazırlanmış Xocalı slaydında dünyada ilk dəfə nano-texnologiyadan istifadə edilib. 360 kvadratmetrlik pərdə üzərində göstərilən və tarixi hadisələri canlı kimi əks etdirən slayd fevralın axırına qədər dünyanın bir çox ölkəsində nümayiş etdiriləcək.
Mənbə:> ANSPRESS