Misirdə Xocalı marafonu
Fevralın 25-də Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Qahirə Universitetinin tələbələri “Xocalıya ədalət!” şüarı altında marafon yarışması keçiriblər.
Yarışma iştirakçısı olan iki yüzə yaxın misirli tələbə üzərində "Light a Fire to Fight the Liar" və "Justice for Khojaly" yazısı olan köynəklərlə müəllimlərin və tələbə yoldaşlarının diqqətini bu soyqırımı faktına yönəldib. Qeyd edək ki, Qahirə Universitetində 250 min tələbə təhsil alır.
Aksiya çərçivəsində ətrafdakılara Xocalı faciəsini əks etdirən flayerlər paylanılıb və Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə məlumatlar çatdırılıb. Keçirilən aksiya tələbələrlə yanaşı, müəllim və professor heyətinin də diqqətini cəlb edib.
Misirin təhsil nazirinin müşaviri və Qahirə Universitetin məsul şəxsləri aksiyanın açılışında iştirak etməklə öz dəstəklərini nümayiş etdiriblər.
Tələbələrin aksiyası Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Mənbə:> ANSPRESS