Nazirlikdən maliyyə yardımı » AzNews.info -Xəbər portalı

Nazirlikdən maliyyə yardımı

Nazirlikdən maliyyə yardımı


“Aztelekom” İB-də Xocalı şəhərindən olan rabitəçilərlə görüş keçirilib.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, öncə Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib,"Xocalı soyqırımı"ndan bəhs edən 10 dəqiqəlik film izlənilib.

"Aztelekom" İB-nin Baş direktoru Məhəmməd Məmmədov çıxış edərək bildirib ki, dünyanın ən qəddar və ən amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir:

"1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Baş direktor Xocalıda baş verənlər haqqında məlumat verdikdən sonra bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmağa başladı. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən ardıcıl olaraq beynəlxalq aləmdə "Xocalıya ədalət" kampaniyası hər il daha çox ölkədə və daha kütləvi şəkildə həyata keçirilir".

"Aztelekom" İB-nin Həmkarlar İttifaqının sədri Bəylər Qurbanov Xocalıda baş verənlərlə bağlı ətraflı danışıb. O bildirib ki, dünyanın böyük dövlətləri "Xocalı Soyqırımı"na öz hüquqi qiymətini vermək istəmirlər. Ortada bu qədər video-faktlar hadisə şahidləri olsa da, bunu görməzdən gəlirlər.

Xocalı sakinlərindən 70 yaşlı Əsli xanım, Birlyant Hacıyeva, Dürdanə Ağayeva çıxışları zamanı göz yaşlarını saxlaya bilməyiblər. Çıxışçılar gec-tez öz ata yurdlarına qayıtmaq istədiklərini bildiriblər.

Tədbirin sonunda Xocalıda şəhid olmuş rabitəçilərin ailə üzvlərinə və Xocalı şəhərindən olan rabitəçilərə nazirlik tərəfindən maliyyə yardımı verilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *